MƏDƏNİYYƏT


NƏSİRƏDDİN TUSİNİN “ƏXLAQİ-NASİRİ” ƏSƏRİ ÇAP OLUNMUŞDUR

AZƏRTAC xəbər verir ki, “Klassik Azərbaycan ədəbiyyatı” seriyasından Nəsirəddin Tusinin “Əxlaqi-Nasiri” (Nasirin əxlaqa aid kitabı) əsəri “Lider” nəşriyyatında çap olunmuşdur. “Elm” nəşriyyatının 1989-cu il çapı əsasında hazırlanmış kitabın farscadan tərcümə edəni, ön sözün və şərhlərin müəllifi Rəhim Sultanovdur.

Əsər Orta və Yaxın Şərq məktəblərində əsrlər boyu əxlaq dərsliyi kimi şöhrət qazanmışdır. Dünya görüşünün, fəlsəfi baxışların zənginliyi və rəngarəngliyi ilə seçilən bu ölməz əsərin tərcüməsində Tusi ruhu, Şərq koloriti mümkün qədər qorunub saxlanmışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.