DÜNYA
NATO Bosniya və Herseqovinanın kiberhücumlara qarşı müdafiə imkanlarını gücləndirib
Sarayevo, 18 may, AZƏRTAC
NATO Bosniya və Herseqovinanın kiberhücumlara qarşı müdafiə imkanlarını gücləndirib.
AZƏRTAC xəbər verir ki, bu barədə NATO-nun Baş katibinin müavini Mirça Ceoana deyib.
O, NATO-nun Bosniya və Herseqovina ilə Gürcüstanın müdafiə imkanlarını gücləndirdiyini qeyd edib, bura kiberhücumlara qarşı müdafiənin də daxil olduğunu bildirib. Kiberhücumlara qarşı müdafiəyə hazır olmağın və əks-hücuma keçməyin vacibliyini vurğulayan M.Ceoana bunu NATO-nun prioritetlərindən biri kimi qiymətləndirib.
NATO-nun Baş katibinin müavini Rusiyanın tezliklə Bosniya və Herseqovina ilə Gürcüstanın mühüm rəqəmsal infrastrukturuna qarşı kütləvi kiberhücumlar həyata keçirəcəyi barədə xəbərdarlıq edib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Sarayevo