SİYASƏT
NATO KOMANDANLIĞININ XATİRƏ MEDALI İLƏ TƏLTİF OLUNMUŞLAR
Müdafiə Nazirliyi Mülki Müdafiə İdarəsinin nümayəndələri Rumıniyada keçirilən “Fövqəladə halların aradan qaldırılması”na dair beynəlxalq təlimdə iştirak etmişlər.
Nazirliyin mətbuat xidmətindən müxbirimizə bildirmişlər ki, NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində keçirilən tədbirdə hərbçilərimizin fəaliyyəti yüksək qiymətləndirilmiş, onlar bu beynəlxalq təşkilatın Komandanlığının təşəkkürnaməsi və xatirə medalı ilə təltif olunmuşlar. Xilasedicilərimiz noyabrın əvvəlində Brüsseldə keçiriləcək NATO-nun Ali Mülki Planlaşdırma Komitəsinin sessiyasına da dəvət almışlar.