DÜNYA
NATO Qəndəhardakı hücumda amerikalı əsgərlərin həlak olduğunu təsdiqləyib
Bakı, 3 avqust, AZƏRTAC
NATO-nun Əfqanıstanda fəaliyyət göstərən “Qətiyyətli dəstək” missiyası Qəndəharda hücum nəticəsində 2 amerikalı hərbçinin həlak olduğunu, 4 nəfərin isə yaralandığını təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, Tolo News telekanalının məlumatına görə, hadisə avqustun 2-də səhər saatlarında baş verib. Terrorçu-kamikadze minalanmış avtomobilə Qəndəhar aeroportuna gedən xarici qüvvələrin avtomobil karvanına hücum edib.
Xatırladaq ki, ABŞ Əfqanıstanda hərbi əməliyyatlara 2001-ci ildə başlayıb. Sonradan BMT Təhlükəsizlik Şurasının sanksiyası ilə ölkədə NATO-nun rəhbərliyi altında beynəlxalq qüvvələr yerləşdirilib. Onlar “Taliban” hərəkatına qarşı döyüşlər aparıb. 2014-cü ildə NATO-nun hərbi kontingenti Əfqanıstandan çıxarılıb və 2015-ci il yanvarın 1-dən onun yerini “Qətiyyətli dəstək” missiyası tutub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [17:50]
İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]
Peter Siyarto Azərbaycana səfərə yola düşüb
- 24.04.2024 [14:18]
“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq
- 24.04.2024 [14:08]