SİYASƏT
NATO-YA ÜZV ÖLKƏLƏRİN NÜMAYƏNDƏLƏRİ AZƏRBAYCANIN TƏQDİMAT SƏNƏDİNİ YÜKSƏK QİYMƏTLƏNDİRMİŞLƏR
Xarici İşlər Nazirliyinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, iclasda Azərbaycan, xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi və tərkibinə Xarici İşlər, İqtisadi İnkişaf, Müdafiə, Milli Təhlükəzlik nazirliklərindən, Dövlət Sərhəd Xidməti və Milli Məclisin Aparatından yüksək səviyyəli şəxslərin daxil olduğu nümayəndə heyəti ilə təmsil olunmuşdur. Azərbaycan nümayəndə heyəti və NATO tərəfi Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı (FTƏP) çərçivəsində Təqdimat Sənədini müzakirə etmişlər. Azərbaycan tərəfi NATO ilə əməkdaşlıq və tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsi və təhlükəzliklə bağlı müxtəlif sahələrdə FTƏP çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan konkret tədbirləri ilə bağlı planlarını NATO tərəfinə təqdim etmişdir.
Aparılmış maraqlı müzakirələr çərçivəsində Almaniya, ABŞ, Böyük Britaniya, Latviya, Fransa, Yunanstan, Niderland, Rumıniya, Türkiyə və NATO-ya üzv olan digər ölkələrin nümayəndələri respublikamız ilə Alyansın əməkdaşlığında yeni səhifə açan Azərbaycanın FTƏP Təqdimat Sənədinə yüksək qiymət vermişlər.