DÜNYA


NATO Yeni Zelandiyada törədilmiş terror aktını kəskin qınayır

Bakı, 15 mart, AZƏRTAC

NATO-nun baş katibi Yens Stoltenberq Yeni Zelandiyanın Kraystçörç şəhərindəki iki məscidə silahlı hücumu kəskin qınadığını bəyan edib.

AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, baş katib bununla bağlı “Twitter” hesabında yazıb.

Qeyd edək ki, Yeni Zelandiyanın Kraystçörç şəhərinin Hagley Park qəsəbəsində yerləşən iki məscidə silahlı hücum nəticəsində 49 nəfər həlak olub. Yeni Zelandiyanın Baş naziri Casinda Ardern hadisəni ölkə tarixinin ən qara günlərindən biri və terror aktı adlandırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.