DÜNYA


NATO-da Rusiya ilə münasibətlərin gələcəyi barədə fikir ayrılığı var

NATO-da Rusiya ilə münasibətlərin gələcəyi barədə fikir ayrılığı var

Bakı, 7 aprel, AZƏRTAC

NATO-ya üzv ölkələr Ukrayna ətrafında yaranan vəziyyətlə bağlı Rusiyaya qarşı sonrakı addımlar barədə razılığa gələ bilmir.

AZƏRTAC “The New York Times” qəzetinə istinadla xəbər verir ki, Baltikyanı ölkələr və Polşa Moskva ilə münasibətlərin tamamilə kəsilməsində israrlı olduğu halda, Fransa, Almaniya və Türkiyə mövcud vəziyyətdən asılı olmayaraq, Rusiya ilə əlaqələrin qorunub saxlanılmasını zəruri hesab edirlər.

Qeyd edək ki, aprelin 6-7-də Belçikanın paytaxtı Brüsseldə NATO ölkələrinin xarici işlər nazirlərinin görüşü keçirilir. Görüşdə müzakirə olunan məsələlərdən biri də alyansın Ukraynadakı vəziyyətlə bağlı fəaliyyətidir.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.