DÜNYA


NATO-nun Baş katibi Brüsseldə Ukraynanın Xarici İşlər naziri ilə görüşəcək

Bakı, 12 aprel, AZƏRTAC

NATO-nun Baş katibi Yens Stoltenberq Ukraynanın xarici işlər naziri Dimitri Kuleba ilə görüşəcək.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, NATO-nun mətbuat xidməti görüşün aprelin 13-də alyansın Brüssel şəhərində yerləşən mənzil-qərargahında baş tutacağı barədə məlumat yayıb.

Yens Stoltenberqin Dimitri Kuleba ilə görüşü Pentaqon rəhbəri Lloyd Ostinin Brüsselə səfəri ərəfəsində keçiriləcək. ABŞ-ın müdafiə nazirinin NATO-nun Baş katibi ilə Ukrayna ətrafında cərəyan edən vəziyyəti müzakirə edəcəyi bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.