SİYASƏT


NATO-nun Beynəlxalq Hərbi Qərargahının baş direktoru Hərbi Akademiyada olub

Bakı, 18 aprel, AZƏRTAC 

Azərbaycanda səfərdə olan NATO-nun Beynəlxalq Hərbi Qərargahının baş direktoru general-leytenant Yan Broeks Şəhidlər xiyabanını ziyarət edərək ölkəmizin azadlığı, müstəqilliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsini ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri qoyub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sonra Silahlı Qüvvələrin Hərbi Akademiyasında olan qonaq bir sıra görüşlər keçirib. General-leytenant Y.Broeks şəxsi heyət qarşısında NATO-nun layihə və proqramları, NATO-Azərbaycan əməkdaşlığının istiqamətləri mövzusunda çıxış edib və görüş iştirakçılarının suallarını cavablandırıb.

Azərbaycan-NATO əlaqələrini yüksək qiymətləndirən NATO-nun Beynəlxalq Hərbi Qərargahının baş direktoru sülhməramlılarımızın Əfqanıstanda keçirilən əməliyyatlar çərçivəsində beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni, Alyansın tədbirlərində Azərbaycan hərbçilərinin fəal iştirakını və hərbi qulluqçularımızın hazırlığını xüsusi vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.