DÜNYA


NATO-nun Kosovodakı missiyası regiondakı vəziyyətə münasibət bildirib

Bakı, 1 avqust, AZƏRTAC

NATO-nun Kosovodakı missiyası (KFOR) regiondakı vəziyyətə münasibət bildirib.

AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, missiya bir neçə saat əvvəl yaydığı bəyanatda sabitliyə təhlükə olduğu halda müdaxilə etməyə hazır olduğunu bildirib.

“Bizim missiyamız təhlükəsiz mühit yaratmaq və Kosovonun bütün sakinlərinin sərbəst hərəkətini təmin etməkdir”, – deyə bəyanatda qeyd edilir.

KFOR ərazidə ümumi vəziyyətin gərgin olduğu barədə də xəbərdarlıq edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.