DÜNYA


NATO-nun Madrid sammitində süni intellektin inkişafı üçün milyard dollarlıq innovasiya fondu təsdiqlənəcək

Madrid, 29 iyun, AZƏRTAC

NATO-nun Madriddə keçirilən sammiti çərçivəsində Alyansın yeni Strateji Konsepsiyası qəbul ediləcək. Konsepsiyada müttəfiq ölkələrin süni intellekt kimi yeni texnologiyalara daha çox sərmayə qoymağa başlamalı olduğu qeyd edilir.

AZƏRTAC xəbər verir ki, otuz müttəfiq ölkə ilkin məbləği bir milyard dollar olan innovasiya fondu imzalamağa hazırlaşır. Məqsəd startaplara və digər şirkətlərə Alyansın ehtiyacları üçün texnologiya hazırlamağa imkan yaratmaqdır.

Məsələn, Çin son on ildə süni intellekt və yeni nəsil 5G mobil rabitəsi kimi texnologiyalar baxımından böyük irəliləyişlər əldə edib.

Məhz Londonda keçirilən NATO sammitində (2019-cu il) Çin ilk dəfə Şimali Atlantika Alyansının rəsmi bəyannaməsində yer aldı, burada Çinin artan nüfuzu və beynəlxalq siyasəti qeyd edildi.

Yeni Madrid Strateji Konsepsiyasında həm də NATO-nun yeni texnologiyaların istifadəsinə nəzarət etməsinin zəruriliyi yer alacaq.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.