SİYASƏT


NATO-nun Quru Qoşunları Komandanlığının nümayəndə heyəti Hərbi Akademiyada olub

Bakı, 23 iyun, AZƏRTAC

Ölkəmizdə səfərdə olan NATO-nun İzmirdə yerləşən Quru Qoşunları Komandanlığının Qərargah rəisi diviziya generalı Metin Tokelin başçılıq etdiyi nümayəndə heyəti Silahlı Qüvvələrin Hərbi Akademiyasını ziyarət edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüş zamanı qonaqlara Hərbi Akademiyanın fəaliyyəti barədə geniş brifinq təqdim edilib. Həmçinin NATO ilə hərbi təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.