DÜNYA


NATO-nun baş katibi İtaliyanın müdafiə xərclərini artırmasından məmnun qalıb

Roma, 8 mart, AZƏRTAC

Missiyamıza töhfə verdikləri üçün İtaliyaya və İspaniyaya minnətdarlığımı bildirirəm. Lakin onlar xərcləri bir qədər artırmalıdırlar.

AZƏRTAC İtaliya mətbuatına istinadla xəbər verir ki, bu sözləri NATO-nun baş katibi Yens Stoltenberq söyləyib. O, İtaliyanı müdafiə xərclərini artırmağa çağırıb.

Y.Stoltenberq deyib: “İtaliya müdafiə xərclərini 2 faiz artırmaqla düzgün addım atır. Ancaq bu istiqamətdə səylərini daha da artırmalıdır. Çünki qarşıda uzun bir yol var”.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.