SİYASƏT


NATO-nun mobil təlim qrupu tərəfindən kurs keçirilir

Bakı, 7 dekabr, AZƏRTAC

Müdafiə Nazirliyinin NATO ilə 2021-ci il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı çərçivəsində N saylı hərbi hissəsində Hərbi Hava Qüvvələrinin hərbi qulluqçularının və NATO-nun Ramştayn Hərbi Hava Qüvvələri Komandanlığının mobil təlim qrupunun iştirakı ilə "Aviasiya əməliyyatları" mövzusunda təlim kursu başlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, kurs müddətində Hərbi Hava Qüvvələrinin müvafiq bölmələrinin fəaliyyətlərinin Əməliyyat İmkanları Konsepsiyası standartlarına uyğun təşkili, mühafizə və təhlükəsizlik tədbirlərinin təmin edilməsi və digər mövzularda brifinqlər təqdim olunur.

Kurs dekabrın 9-dək davam edəcək.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.