SİYASƏT


NATO-nun özünü qiymətləndirmə təlimində yüksəksəviyyəli qonaqlar günü keçirilib

Bakı, 25 may, AZƏRTAC

Bakıda NATO-nun Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində keçirilən Azərbaycan Ordusunun kəşfiyyat bölüyünün ikinci səviyyəli özünü qiymətləndirmə təlimi mayın 25-də başa çatıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Qaraheybət Təlim Mərkəzində keçirilən təlimdə Azərbaycan Ordusunun 150 nəfərə yaxın şəxsi heyəti, 20-dək hərbi texnikası və iki helikopteri cəlb olunub.

Bölüyün qiymətləndirilməsi NATO Quru Qoşunları Komandanlığının monitorinq qrupu tərəfindən izlənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.