Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

NATO-nun sabiq Baş katibi erməni lobbisinin “cibindədir” - ŞƏRH

NATO-nun sabiq Baş katibi erməni lobbisinin “cibindədir” - ŞƏRH

Bakı, 16 mart, AZƏRTAC

NATO-nun sabiq Baş katibi, hazırda isə “Rasmussen Global” siyasi konsaltinq şirkətinin rəhbəri Andres Foq Rasmussenin Ermənistana səfəri zamanı səsləndirdiyi fikirlər və sərgilədiyi davranışlar, dünyanın ən böyük hərbi-siyasi Alyansının yüksək rəhbərliyində təmsil olunmuş təcrübəli bir siyasətçinin öz şəxsi maraqları ucbatından nə qədər aşağı səviyyəyə endiyini, siyasi keçmişini, təşviq etdiyi prinsipləri və dəyərləri necə asanlıqla bazar piştaxtası üzərində satışa çıxardığını nümayiş etdirir və şübhəsiz ki, təəssüf doğurur.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli deyib.

O bildirib ki, Andres Rasmussen 2001-2009-cu illərdə Danimarkanın Baş naziri, 2009-2014-cü illərdə NATO-nun Baş katibi, 2016-2019-cu illərdə isə Ukrayna Prezidentinin müşaviri olub. “Təfərrüatına varmaq istəmirəm, ancaq onun müşavir kimi verdiyi məsləhətlərin nəticələri göz qabağındadır. Əslində, Rasmussen NATO-nun da, dünya siyasətinin də keçmişidir və öz mövqeyini dəfələrlə dəyişmiş, prinsiplərindən vaz keçmiş və təbii ki, nüfuzunu tamamilə itirmiş bir siyasətçi olaraq, onun nə Avropa İttifaqının, nə də Şimali Atlantika Alyansının qərarlarına hər hansı bir formada təsir etmək imkanı yoxdur.

Əgər belə olmasaydı, Ermənistanın, erməni diasporunun ümidinə qalmazdı və şirkətinin elan etdiyi əsas istiqamətlər üzrə fəaliyyət göstərərdi. Qeyd edim ki, NATO-nun keçmiş Baş katibinin “Rasmussen Global” siyasi konsaltinq şirkəti prioritet fəaliyyət istiqamətləri bərpaolunan enerji, neft və qaz sektoru da daxil olmaqla strateji əhəmiyyətli xammal, texnologiya və kritik infrastruktur, geosiyasət və suverenlik, müdafiə, aerokosmik tədqiqatlar və digər sahələri əhatə edir. Mahiyyət etibarilə, bu sahələrin mütləq əksəriyyətinin və bəlkə də hamısının Ermənistanla və onun boş quyuya bənzəyən iqtisadiyyatı ilə yaxından uzağa əlaqəsi yoxdur. Bu o deməkdir ki, Andress Rasmussenin şirkətinin Ermənistanda öz məsləhətləriylə inkişafına “töhfə” verə biləcəyi heç bir sahə yoxdur”, - deyə siyasi ekspert diqqətə çatdırıb.

“Geosiyasət” və “Ermənistan” anlayışlarının isə bir-biri ilə qətiyyən uzlaşmadığını qeyd edən E.Mirzəbəylinin sözlərinə görə, bu, həm də o deməkdir ki, Rasmussenin “xidmətlərinə” Avropa İttifaqında və NATO üzvü olan ölkələrdə artıq heç bir ehtiyac qalmayıb. Bu səbəbdən də, Şimali Atlantika Alyansı kimi nəhəng hərbi-siyasi ittifaqın sabiq Baş katibi Ermənistanın baş naziri Nikol Paşinyanın PR meneceri missiyasını yerinə yetirmək məcburiyyətində qalıb. Bu, Avropa İttifaqının və NATO-nun üzvü olan bir ölkənin baş naziri, Avratlantik Alyansın Baş katibi olmuş bir siyasətçi üçün utancverici bir sonluqdur.

Siyasi ekspert Rasmussenin Nikol Paşinyanın PR meneceri olmaq kimi bir səviyyəyə düşməsindən təəcüblənmədiyini bildirib. Deyib ki, siyasətdən getdikdən sonra, qazandıqları siyasi kapital, nüfuz və əlaqələrdən biznes və lobbiçilik fəaliyyəti üçün faydalanmaq Qərb siyasətçilərinin qədim peşəsidir. Rasmussen də, sadəcə bu qədim peşənin ardıcıllarından biri olduğunu nümayiş etdirir.

Əslində Andres Foq Rasmussenin siyasi konsaltinq şirkətinin rəhbərliyində çalışanların kimliyinə nəzər salınarsa, onun Ermənistana səfər etməsi və NATO-nun Baş katibi olduğu dövrdə səsləndirdiyi bəyanatlara tamamilə zidd olan mülahizələrlə çıxış etməsi də təəccüblü görünməməlidir.

“Rasmussen Global” şirkətinin mərkəzi ofisləri Kopenhagen və Brüsseldə yerləşir. Brüssel ofisinin rəhbəri, bütövlükdə isə şirkətin baş direktoru isə Fransa Prezidenti Emmaneul Makronun “İrəli, Respublika” (La République En Marche) partiyasının qurucularından olan Fabris Potyedir. Potyenin Rasmussenlə dostluğu birincinin NATO-nun siyasi planlaşdırma departamentinin direktoru olduğu zamandan başlayır. Potyenin həm Fransadakı, həm də Belçikadakı erməni təşkilatları ilə sıx əlaqələri var. Rasmussenin Ermənistana səfərinin məqsədlərindən biri də “Rasmussen Global”ın Cənubi Qafqaz nümayəndəliyinin yaradılmasıdır. Nümayəndəliyin yaradılmasına dəstəyi Fransa və Belçikadakı erməni diasporu, o cümlədən, adı Azərbaycanda hər kəsə bəlli olan Kasper Karampetyan verir. Yəni Rasmussen səfərinin xeyir-duasını Makrondan, maliyyə təminatını isə Karampetyan, Ara Toronyan və erməni təşkilatlarının digər rəhbərlərindən alıb. Qısacası, NATO kimi nəhəng bir təsisatın sabiq Baş katibi erməni lobbisinin “cibindədir”. Onu ermənilərin cibinə sürükləyən məqamlardan biri də eyş-işrət düşkünü olması və müsəlmanlara qarşı xüsusi nifrəti ilə seçilməsidir. Foq Rasmussen Danimarkanın Baş naziri olduğu dönəmdə ölkəsinin mediasında Məhəmməd peyğəmbərin karikaturalarının davamlı yayımlanmasına göz yummuş və hətta sözügedən media resurslarının müdafiəsinə qalxaraq, müsəlmanlardan üzr istəmək niyyətində olmadığını bəyan etmişdi”, - deyə Elçin Mirzəbəyli xatırladıb.

Onun sözlərinə görə, Andres Foq Rasmussenlə bağlı diqqət çəkən qalmaqallı məqamlardan biri onun Latviyanın PNB Bankının “müstəqil idarəetmə komandası”nın sədr müavini olduğu zaman sözügedən ölkənin ərazisində iqtisadi cinayət törətməsi ilə bağlıdır. Belə ki, Rasmussenin bankın aktivlərindən böyük olan məbləğdə əməliyyata razılıq verməsi, son nəticədə PNB Bankın müflis olması ilə nəticələnib. 2020-ci ildə bankın icraçı direktoru Viqo Krastinş NATO-nun Baş katibinə və onun “müstəqil komanda”sında təmsil olunan daha 8 nəfərə qarşı, hər biri 32 milyon olmaqla, ümumilikdə 288 milyon avro məbləğində iddia qaldırıb. Sözügedən iddiada diqqət çəkən məqamlardan biri də Rasmussenin razılıq verdiyi əməliyyatların arasında Moskva vilayətində yerləşən və inşası başa çatdırılmayan “4Elements Borodino” Hoteli və Ermənistanda fəaliyyət göstərən “Norvik” Universal Kredit Təşkilatı ilə bağlı aktivlərin yer almasıdır. Başqa bir maraqlı məqam Ramussenin bankrot etdiyi bankın sahibinin hazırda Londonda yaşayan rusiyalı iş adamı Qriqori Quselnikovun olması və NATO-nun Baş katibinin “Norvik” (PNB) bankın rəhbərliyinə, məhz onun tərəfindən dəvət olunmasıdır.

“Göründüyü kimi, Andres Foq Rasmussen üçün kimin cibində olmasının heç bir fərqi yoxdur. Yetər ki, daha “dərin” olsun”, - deyə Elçin Mirzəbəyli vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bərənin Neapol limanının körpüsünə çırpılması nəticəsində 30-a yaxın insan yaralanıb

Çexiyanın dövlət borcu 136 milyard dollara yüksəlib

ABŞ İsrailə 1 milyard dollarlıq mərmi tədarükü imkanını araşdırır

G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sergey Lavrov: Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası NATO-nun missiyasına çevrilir