ORDU
NATO-nun təhsil üzrə ekspertləri ilə Müdafiə Nazirliyinin mütəxəssisləri arasında işçi görüşü keçirilib
Bakı, 28 fevral, AZƏRTAC
Hərbi təhsil sisteminin inkişafına dəstək üzrə NATO-Azərbaycan birgə fəaliyyət planına uyğun olaraq, Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı (DEEP) çərçivəsində NATO-nun ekspert qrupu ilə Müdafiə Nazirliyinin mütəxəssisləri arasında işçi görüşü keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı çərçivəsində 2018-ci il ərzində həyata keçirilmiş fəaliyyətlər təhlil edilib. Həmçinin cari il üçün tədbirlərin planlaşdırılması məsələləri nəzərdən keçirilib və yeni əməkdaşlıq sahələri müəyyən edilib.