İQTİSADİYYAT
NAXÇIVANA ELEKTRİK ENERJİSİ VERİLMƏSİNİ ARTIRMAQ NƏZƏRDƏ TUTULUR
Naxçıvan Muxtar Respublikasının elektrik enerjisinə tələbatı 170-180 meqavatdır. Lakin “Azərenerji” Səhmdar Cəmiyyəti mətbuat xidmətinin məlumatına görə, muxtar respublikaya indi cəmi 100-110 meqavat elektrik enerjisi verilir. Bunun 50 meqavatı İrandan, 40-50 meqavatı Türkiyədən, 10 meqavatı isə “Araz” su elektrik stansiyasından alınır. Çatışmazlıq elektrik enerjisi bölgüsünün tənzimlənməsi hesabına ödənilir.
Hazırda SC muxtar respublikaya verilən elektrik enerjisini artırmaq üçün imkanlar axtarır. Yaxın vaxtlarda Naxçıvan Muxtar Respublikasına verilən elektrik enerjisinin artırılmasına və 230 kilovoltluq İmişli-Parsabad elektrik ötürücü xəttinin tikintisinə dair İranla danışıqlar aparılmalıdır.
Hazırda İranla Azərbaycan arasında elektrik enerjisi mübadiləsi 50 meqavat gücündə olan İmişli-Parsabad xətti ilə həyata keçirilir.