ELM VƏ TƏHSİL
NAXÇIVANDA GƏNCLƏRİN ROLU İLƏ BAĞLI ELMİ-PRAKTİK KONFRANS KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Naxçıvan Dövlət Universitetində ümummili lider Heydər Əliyevin 85 illik yubileyi münasibətilə “Naxçıvan Muxtar Respublikasının inkişaf və tərəqqisində gənclərin rolu” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.
Naxçıvan MR Gənclər və İdman Nazirliyi ilə birgə təşkil olunmuş tədbirdə universitetin rektoru, akademik İsa Həbibbəyli xalqımızın xilaskarı, müstəqil dövlətimizin qurucusu və memarı Heydər Əliyevin Azərbaycan xalqının taleyindəki tarixi rolundan, bu gün onun siyasətinin ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danımışdır.
Konfransda “Azərbaycanda bazar iqtisadiyyatının Heydər Əliyev modeli”, “Naxçıvan Muxtar Respublikasının inkişaf və tərəqqisində gənclərin rolu”, “Heydər Əliyevin iqtisadi islahatlar strategiyası” mövzularında məruzələr dinlənilmişdir.