İQTİSADİYYAT
NAXÇIVANDA İQTİSADİ MİQRASİYANIN QARŞISININALINMASINA BEYNƏLXALQ YARDIM
O demişdir ki, proqram üzrə işlərə Muxtar Respublika hökumətinin razılığı ilə BMTİP-in maliyyə yardımı əsasında hələ 1998-ci ilin noyabrında başlanmışdır. Yerli sakinlərə kiçik məbləğdə kreditlər verilməsi və yeni iş yerləri açılması yolu ilə onların qazanc ardınca ölkənin digər bölgələrinə və xaricə getməsinin qarşısını almaq proqramın başlıca yekunu olmalıdır.
Nümayəndəliyin başçısı bildirmişdir ki, indi proqram Naxçıvanın 46 kəndində həyata keçirilir. 2002-ci ilin noyabrınadək 1685 kənd sakini üst-üstə 623 700 dollar məbləğində kredit almışdır. Kreditin 98 faizi qaytarılmışdır.
Y.Van Der Aalst vurğulamışdır ki, layihə çərçivəsində işlər Muxtar Respublikanın paytaxtında da aparılır. Məsələn, şəhərin 113 sakini özəl biznesin inkişafına dair kurslar keçərək, öz layihələrini hazırlamışdır. 102 layihənin hər biri üçün 2 min dollar məbləğində kredit ayrılmışdır. Ümumiyyətlə, şəhər sakinlərinə 272,5 min dollar kredit verilmişdir. Proqram çərçivəsində Naxçıvanın 407 sakini işlə təmin olunmuş, 320 nəfərə isə işə düzəlmək üçün hər cür şərait yaradılmışdır.