İDMAN
NAXÇIVANDA “ŞAHİN” HƏRBİ İDMAN OYUNUNUN ZONA BİRİNCİLİYİ KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Naxçıvan şəhərində “Şahin” hərbi idman oyununun zona birinciliyində muxtar respublikanın şəhər və rayon yarışlarının qalibi olmuş 9 komanda iştirak etmişdir.
Naxçıvan MR gənclər və idman naziri Sucaxan Novruzov, təhsil naziri Piri Nağıyev çıxış edərək, ölkəmizdə gənclərə göstərilən qayğıdan danışmış, “Şahin” hərbi idman oyununun 10 illik tarixindən söhbət açmış, oyun iştirakçılarına müvəffəqiyyətlər arzulamışlar.
“N” hərbi hissəsindəki orta məktəbin komandası birinci, Şərur şəhər 2 nömrəli məktəbin komandası ikinci, Kəngərli rayonunun Qıvraq kəndindəki 2 nömrəli məktəbin komandası isə üçüncü yeri tutmuşdur.
Qalib komandalara diplomlar və xatirə hədiyyələri verilmişdir. Birinci və ikinci yeri tutmuş komandalar Bakı şəhərində keçiriləcək final oyununda iştirak edəcəkdir.