SİYASƏT
NAXÇIVANDA SEMİNAR–MƏŞĞƏLƏ KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Naxçıvan şəhərindəki “Nəqşicahan” otelində “Siyasətdə və dövlət əhəmiyyətli qanunların qəbul edilməsində qadın və kişilərin balanslaşdırılmış iştirakı” mövzusunda seminar-məşğələ keçirilımişdir.
Tədbirdə Azərbaycan Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədri Zəhra Quliyeva çıxış edərək bildirmişdir ki, qadın problemləri həmişə insan haqlarını araşdıran beynəlxalq təşkilatların diqqət mərkəzindədir. Qadın Problemləri üzrə Dövlət Komitəsi beynəlxalq əlaqələrini genişləndirir, BMT-nin müvafiq təşkilatları ilə yaxından əməkdaşlıq edir.
Seminarda cəmiyyətdə sosial ədalətin bərqərar edilməsi, münaqişələrin həllində və sülh yaradılmasında qadınların imkanlarının genişləndirilməsi məsələləri geniş müzakirə olunmuşdur.
Axırda iştirakçılara sertifikatlar verilmişdir.