ELM VƏ TƏHSİL


NAXÇIVANLI TƏLƏBƏLƏR OKSFORD VƏ KEMBRİCUNİVERSİTETLƏRİNDƏKİ MÜHAZİRƏLƏRİ DİNLƏYƏ BİLƏCƏKLƏR

Təhsil naziri Misir Mərdanov, İqtisad Universitetinin rektoru, Milli Məclisin deputatı Əli Abbasov və Yaponiyanın Azərbaycandakı səfiri Toşiyuki Fucivara Naxçıvan Dövlət Universitetində olmuş, “Heydər Əliyev lektoriyası”nda müəllim və tələbələrlə görüşmüşlər.

Universitetin rektoru akademik İsa Həbibbəyli bildirmişdir ki, NATO-nun elm departamenti tərəfindən “ Virtual İpək Yolu” proqramı çərçivəsində Naxçıvan Dövlət Universitetində quraşdırılacaq internet sistemi vasitəsilə tələbələr İngiltərənin Oksford və Kembric universitetlərindəki mühazirələri dinləyə biləcəklər. Proqramın regionda elm və təhsilin dünya standartlarına uyğunlaşdırılması istiqamətində böyük rol oynayacağı xüsusi vurğulanmışdır.

Nazir Misir Mərdanov Prezident Heydər Əliyevin daxili və xarici siyasətinin təhsil sahəsində verdiyi müsbət nəticələrdən, Muxtar Respublikada təhsilin inkişafına göstərilən dövlət qayğısından danışmışdır. İqtisad Universitetinin rektoru Əli Abbasov ”Virtual İpək Yolu” proqramının əsas məqsədi, Naxçıvan Dövlət Universitetinin bu proqramda iştirakı və gələcək fəaliyyəti barədə məlumat vermişdir.

Səfir Toşiyuki Fucivara isə Yaponiya-Azərbaycan əlaqələrindən, Naxçıvana səfərindən aldığı xoş təəssüratdan danışmışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.