ELM VƏ TƏHSİL


NAXÇIVANLI TƏLƏBƏLƏR TÜRKİYƏDƏ

Naxçivan Dövlət Universitetinin tibb fakültəsinin pediatriya ixtisasının III-IV kurs tələbələri və onun nəzdindəki xəstəxana həkimlərindən ibarət heyət Türkiyənin Elazıq Firat Universitetinin tibb mərkəzinin xəstəxanasında bir aylıq təcrübə keçmişlər. Bu, hər iki ölkənin ali məktəbləri arasında bu ilin mart ayında bağlanmış əməkdaşlıq protokoluna əsasən mümkün olmuşdur.

Orada qazanılan biliklərin çox faydalı olduğunu və bunu öz gələcək iş fəaliyyətlərində tətbiq edəcəklərini deyən tələbələr səfərdən çox razı qaldıqlarını, bu işin təşkili üçün universitetlərin rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.

Elazıq Firat Universitetinin rektoru, professor Feyzi Bingöl qarşılıqlı əlaqələrin inkişafı üçün rəhbərlik etdiyi təhsil ocağının üzərinə düşən vəzifələrin yerinə yetiriləcəyini, Naxçıvanda elmin və təhsilin inkişafına hər cür kömək göstəriləcəyini bildirmişdir.

Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəyli isə yaranmış qarşılıqlı əlaqələrin daha da genişləndiriləcəyini nəzərə çarpdırmışdır.

Protokola əsasən hər il tibb fakültəsi tələbələrinin Türkiyədə təcrübə keçməsi nəzərdə tutulmuşdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.