SİYASƏT
NAXÇIVAN BƏLƏDİYYƏLƏRİNƏ SEÇKİLƏRƏ CİDDİ HAZIRLIQ GÖRÜLÜR
Oktyabrın 6-da Naxçıvan Muxtar Respublikasında da 6 seçki dairəsi üzrə 55 bələdiyyəyə 86 bələdiyyə üzvünün seçilməsi üçün təkrar və yeni seçkilər keçiriləcəkdir.
Muxtar respublika Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə demişlər ki, bələdiyyə üzvlüyünə indiyədək 209 nəfər namizədliyini irəli sürüb. Bunlardan 105-i Yeni Azərbaycan, 5-i Azərbaycan Xalq Cəbhəsi, 1-i Bütöv Azərbaycan Xalq Cəbhəsi partiyalarının üzvü, 98 nəfəri isə bitərəfdir.
Seçki dairələrində 103 nəfərin namizədliyi qeydə alınmışdır.
Namizədlərin qeydə alınması üçün müvafiq sənədlərin dairə seçki komissiyasına təqdim olunması prosesi iyulun 27-dək davam edəcəkdir.