Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNƏ ÖZÜNÜİDARƏ STATUSUNUN VERİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Naxçıvan Dövlət Universitetində təhsilin ən yüksək standartlar səviyyəsinə qaldırılması, dünyanın qabaqcıl təhsil və elm ocaqları ilə inteqrasiyanın dərinləşdirilməsi, mütəxəssis hazırlığı işinin Naxçıvan Muxtar Respublikasının ehtiyaclarına müvafiq olaraq daha çevik aparılması və idarəetmənin operativ həyata keçirilməsi məqsədi ilə qərara alıram: 

1.Naxçıvan Dövlət Universitetinə özünüidarə statusu verilsin.

2.Naxçıvan Dövlət Universitetinin maliyyələşdirilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin layihəsi hazırlanarkən ayrıca sətirlə verilsin.

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 iyun 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin