ELM VƏ TƏHSİL
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNDƏ GÖRÜŞ
Tədbiri universitetin rektoru, akademik İsa Həbibbəyli açmış və bu ali təhsil ocağının 35 ildə əldə etdiyi uğurları sadalamış, dünya universitetləri ilə inteqrasiyanı gücləndirmək məqsədi ilə görülən tədbirləri vurğulamışdır. Rektor yenicə tələbə adı qazanmış gəncləri təbrik etmiş, onlara təhsildə və həyatda uğurlar arzulamışdır.
Azərbaycan MEA Naxçıvan bölməsinin sədri, akademik İsmayıl Hacıyev elm və təhsilin inkişafına göstərilən dövlət qayğısından söz açmış, gənclərin təhsildə yüksək nəticələr əldə edəcəklərinə inandığını bildirmişdir.
Universitetə 605 balla qəbul olunmuş Naxçıvan şəhər 11 nömrəli pilot məktəbinin məzunu Lalə Babayeva və başqaları tələbə kimi keçirdikləri sevinc hisslərini görüş iştirakçıları ilə bölüşmüşlər.
Gənclərə tələbə biletləri təqdim edilmişdir.