İQTİSADİYYAT


NAXÇIVAN MR-İN SƏRHƏDYANI KƏNDLƏRİ TELEFONLAŞDIRILIR

Naxçıvan Muxtar Respublikasının Babək rayonundakı sərhədyanı Aşağı Buzqov, Yuxarı Buzqov və Kərməçatax kəndləri telefonlaşdırılmışdır.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Aşağı Buzqov kəndində Koreyanın “Daewoo” şirkətinin istehsalı olan 540 nömrəlik yeni tipli ATS istismara verilmişdir. Muxtar Respublikanın sərt iqlim şəraitinə və dağ kəndlərinin çətin relyefinə baxmayaraq, rayonun rabitə işçiləri bu üç yaşayış məntəqəsinə ümumilikdə 36 kilometrdən artıq telefon xətti çəkmişlər.

Sərhədyanı kəndlərin telefonlaşdırılmısı işi davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.