ELM VƏ TƏHSİL
NAXÇIVAN MUXTAR RESPUBLİKASINDA ARXEOLOJİ TƏDQİQAT İŞLƏRİ APARILIR
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu Naxçıvan Muxtar Respublikasında geniş çöl-tədqiqat işləri aparır.
“Şərur” arxeoloji ekspedisiyasının rəisi, tarix elmləri namizədi Səfər Aşurov müxbirimizə bildirmişdir ki, son tədqiqatlar zamanı Şərur rayonunun ərazisində eramızdan əvvəl III minilliyə aid olan kurqan tipli, Şahbuz rayonunun Kolanı kəndində isə eramızdan əvvəl II minilliyin sonu-I minilliyin əvvəlinə aid olan daş qutu qəbir abidələri aşkar olunmuş, eləcə də çoxlu saxsı qablar, bəzək əşyaları, o cümlədən muncuq, üzük və sırğalar əldə edilmişdir.
Aparılan tədqiqatlar Muxtar Respublikada eramızdan əvvəl IV-III, II və I minilliklərə aid arxeoloji abidələrin öyrənilməsinə imkan yaradır.