CƏMİYYƏT


NAXÇIVAN ŞƏHƏRİNDƏ BAZAR GÖLÜ ISTİRAHƏT KOMPLEKSİ İSTİFADƏYƏ VERİLMİŞDİR

Naxçıvan, 14 may (AZƏRTAC). Naxçıvan şəhərində “Bazar gölü” istirahət kompleksi istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov “Bazar gölü” istirahət kompleksinin istifadəyə verilməsini yeni xidmət obyektlərinin yaradılması istiqamətində həyata keçirilən tədbirlərin tərkib hissəsi kimi dəyərləndirmiş, görülən işlərin həm də şəhər ərazisinin bir hissəsinin abadlaşdırılmasına xidmət etdiyini bildirmişdir.

Ali Məclisin sədri demişdir ki, yeni xidmət obyektində nümunəvi xidmət başlıca amilə çevrilməli, Naxçıvan şəhərinin sakinlərinə, gələn qonaqlara mədəni xidmət göstərilməlidir. İstirahət kompleksi dövlət vəsaiti hesabına tikilmişdir. Ona görə də kompleksdə çalışanlar qarşılarına qoyulmuş vəzifələri yerinə yetirməli, səliqə-sahmana, təmizliyə riayət etməli, istehlak məhsullarının keyfiyyətini daim diqqətdə saxlamalıdırlar. Bunun üçün kompleksdə yaradılmış şəraitdən düzgün istifadə edilməli, əhalinin rahatlığı üçün lazımi qaydalara əməl olunmalıdır. Polis orqanları asayişi təmin etməli, yeni xidmət obyekti şəhərin ən rahat guşələrindən biri olmalıdır.

Hər bir insan istirahət etmək, asudə vaxtını səmərəli keçirmək istəyir. Bunu üçün isə onlara şərait yaradılmalıdır. İstirahət kompleksinin yaradılması bu məqsədə xidmət edir.

Ali Məclisin sədri istirahət kompleksinin nümunəvi xidməti ilə seçiləcəyinə əminliyini ifadə etmiş, burada çalışanlara işlərində uğurlar arzulamışdır.

Sonra istirahət kompleksinə baxış keçirilmişdir.

######

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.