SİYASƏT
NAZİRLƏR KABİNETİNDƏ GÖRÜŞ
Azərbaycan Respublikası Baş nazirinin müavini, narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov qonağı salamlayaraq, Bakıya səfərini və narkotiklərə nəzarət üzrə regional əməkdaşlığa dair Anlaşma Memorandumunun üzvü olan tərəflərin 5-ci Bakı Görüşündə iştirakını yüksək qiymətləndirdi.
Cənab Antonio Maria Kosta Azərbaycana səfərindən və Bakıda keçirilən görüşdən məmnun qaldığını söylədi, hazırda bəşəriyyət üçün ən böyük bəlalardan biri olan narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı yalnız birgə səylərlə mübarizə aparmaqla müvəffəqiyyət qazanmağın mümkünlüyünü vurğuladı.
Tərəflər narkotiklərə nəzarət üzrə əməkdaşlıq sahəsində əldə olunmuş nailiyyətlərə nəzər salaraq, bu istiqamətdə əməkdaşlığın daha da genişləndirilməsinə, nəzarət agentliklərinin yaradılmasına və nəzarətsiz zonalarda narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məsələlərinə dair müzakirələr aparmışlar.
Görüşdə milli təhlükəsizlik naziri Namiq Abbasov, daxili işlər naziri Ramil Usubov, Dövlət Gömrük Komitəsinin sədri Kəmalləddin Heydərov, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev və Azərbaycanın Avstriyadakı səfiri Vaqif Sadıqov iştirak edirdilər.