SİYASƏT


NAZİR AZƏRBAYCAN PREZİDENTİNİN MƏKTUBUNU SƏUDİYYƏ ƏRƏBİSTANI KRALINA TƏQDİM ETMİŞDİR

Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, bu ölkədə səfərdə olan respublikamızın yanacaq və energetika naziri Məcid Kərimov Azərbaycan Prezidenti İlham Əliyevin məktubunu Səudiyyə Kralı, İki Müqəddəs Ocağın Xadimi Fəhd bin Əbdüləziz Al Səuda təqdim etmişdir. Nazir Prezident İlham Əliyevin salamlarını və xoş arzularını Kral həzrətlərinə çatdıraraq, Azərbaycan rəhbərliyinin ölkələrimiz arasındakı münasibətlərin hərtərəfli inkişaf etdirilməsinə böyük əhəmiyyət verdiyini vurğulamışdır.

Elə həmin gün Məcid Kərimov Səudiyyə Ərəbistanının neft və mineral ehtiyatlar, ticarət və sənaye, su təsərrüfatı və elektroenergetika nazirləri ilə görüşmüşdür. Görüşlərdə ölkələrimiz üçün qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunmuşdur.

Azərbaycanın yanacaq və energetika naziri ilə Səudiyyə Ərəbistanının neft və mineral ehtiyatlar naziri birgə bəyanat imzalamışlar. Bəyanatda neft və qaz sahəsində əlaqələrin inkişaf etdirilməsi, birgə tədqiqatlar və araşdırmaların aparılması, elmi-texniki təcrübədən faydalanmaq məqsədi ilə ekspertlərin mübadiləsi, kadrların hazırlanması, mütəxəssislərin konfrans və forumlara dəvət edilməsi məsələləri əksini tapmışdır.

Görüşlərdə ölkəmizin Səudiyyə Ərəbistanındakı səfiri Elman Araslı iştirak etmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.