İDMAN


NBA-nın tanınmış basketbolçuları ilin rəmzi futbol komandasını seçiblər

 

Bakı 11 yanvar, AZƏRTAC

Amerika Basketbol Liqasının (NBA) tanınmış oyunçuları 2018-ci ilin rəmzi futbol komandasını seçiblər.

AZƏRTAC xəbər ki, 2018-ci ilin rəmzi komandasını basketbolçular Luka Donçiç (“Dallas”), Lari Nens (“Klivlend”) və Con Kolins (“Atlanta”) seçiblər.

Luka Dinçiç öz “komandası”na Yan Oblak (“Atletiko Madrid”), Marselo, Serxio Ramos, Rafael Varan (hər üçü- “Real Madrid”), Dieqo Qodin (“Atletiko Madrid”), Toni Kros, İsko, Luka Modriç (hər ikisi - “Real Madrid”), Pol Poqba (“Mançester Yunayted”), Neymar (“Paris Sen-Jermen”) və Kriştiano Ronaldonu (“Yuventus”) daxil edib.

Lari Nensin rəmzi “onbirliyi”ndə Yan Oblak (“Atletiko Madrid”), Corco Kyellini (“Yuventus”), Kalidu Kulibali (“Napoli”), Samuel Umtiti (“Barselona”), Virgil van Dik (“Liverpul”), Nqolo Kante, Eden Hazard (hər ikisi - “Çelsi”), Luka Modriç (“Real Madrid), Kevin de Brüyne (“Mançester Siti), Kilian Mbappe (“Paris Sen-Jermen”) və Kriştiano Ronaldo (“Yuventus”) yer alıblar.

Con Kolins isə Yan Oblak (“Atletiko Madrid”), Corco Kyellini (“Yuventus”), Kalidu Kulibali (“Napoli”), Teo Ernandes (“Atletiko Madrid”), Marselo (“Real Madrid), Nqolo Kante, Eden Hazard (hər ikisi - “Çelsi”), Pol Poqba (“Mançester Yunayted”), İvan Rakitiç (“Barselona”) Neymar (“Paris Sen-Jermen”) və Kriştiano Ronaldonu (“Yuventus”) rəmzi komandasında yer verib.

Basketbolçulardan heç biri “Barselona”nın argentinalı hücumçusu Lionel Messini rəmzi komandalarında görmək istəməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.