İQTİSADİYYAT


“NBC Bank” ASC-nin səhmləri Bakı Fond Birjasında yerləşdiriləcək

Bakı, 18 avqust (AZƏRTAC). “NBC Bank” ASC-nin adi, sənədsiz, adlı səhmləri avqustun 21-dən etibarən Bakı Fond Birjasında (BFB) yerləşdiriləcək.

BFB-dən AZƏRTAC-a daxil olan məlumata görə, emissiyanın ümumi həcmi 10 milyon 23,6 manat, qiymətli kağızın miqdarı 41 min 51 ədəd, bir emissiyanın nominal dəyəri 243,6 manat, anderrayteri “Texnika Kapital Menecment” MMC, yerləşdirmənin son müddəti isə gələn il fevralın 17-dəkdir.

Səhmlərin emissiya prospekti BFB-nin internet saytının (www.bfb.az) “Emitentlər” bölməsində yerləşdirilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.