İQTİSADİYYAT


“NBCbank”ın depozit portfeli 10 faiz artmışdır

Bakı, 7 aprel (AZƏRTAC). Aprelin 1-nə olan məlumata görə, “NBCbank”da fiziki və hüquqi şəxslərin depozit portfeli ötən ilin müvafiq dövrü ilə müqayisədə 45 faiz artaraq 63 milyon manata yaxınlaşmışdır.

Bankdan AZƏRTAC-a bildirmişlər ki, cari ilin birinci rübü ərzində bankın depozit portfelində isə 10 faizədək artım qeydə alınmışdır. Fiziki şəxslərdən qəbul edilən depozit növlərində daha çox artım nəzərə çarpmışdır ki, bu da bank tərəfindən pərakəndə bankçılığın inkişafı istiqamətində həyata keçirilən tədbirlər silsiləsinin tərkib hissəsidir.

Depozit portfelinin artımı müştərilərin banka olan inam və etibarının, eləcə də bankın davamlı və dayanıqlı inkişafının göstəricisidir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.