REGİONLAR


NDU-da Türkiyənin Naxçıvandakı Baş konsulu ilə görüş olub

Naxçıvan, 29 noyabr, AZƏRTAC

Naxçıvan Dövlət Universitetində (NDU) qardaş ölkənin Naxçıvandakı Baş konsulu ilə görüş olub.

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, ali təhsil müəssisəsində keçirilən görüşdə universitetin rektoru Elbrus İsayev Türkiyənin Naxçıvandakı Baş Konsulluğu ilə universitet arasındakı səmərəli əməkdaşlıqdan söz açıb. Diqqətə çatdırılıb ki, iki qardaş ölkənin timsalında, regionda inkişaf etmiş iki qüdrətli dövlətin birliyinin bu ölkələrin müxtəlif sahələrinə, o cümlədən təhsil sahəsində informasiya və təcrübə mübadiləsinə təsiri nəzərə çarpacaq dərəcədədir. Antalya Bilim Universiteti və Antalya Akdəniz Universitetləri ilə qarşılıqlı əlaqələrin yaradılacağından bəhs edən rektor qardaş ölkənin ali təhsil ocaqları ilə əlaqələrin bundan sonra daha da yüksələn xətlə inkişaf edəcəyinə əminlik ifadə edib.

Qardaş ölkənin Naxçıvandakı Baş konsulu Məhmət Emin Kiraz çıxış edərək Türkiyə-Azərbaycan əlaqələrinin elm və təhsil sahəsində də böyük nailiyyətlər qazandığını vurğulayıb. İki ölkə arasında elmi-mədəni əlaqələrin davam etdiyini diqqətə çatdıran Baş konsul bu faktı milli kimliyə bağlılıq, ortaq dəyərlərə hörmətin təcəssümü kimi dəyərləndirib. Məhmət Emin Kiraz Naxçıvanla bağlı xoş təəssüratlarını bölüşüb, xidməti müddətində əməkdaşlığın inkişafına göstərilən diqqətə və yaradılan şəraitə görə minnətdarlığını bildirib.

Sonda Elbrus İsayev Baş konsul Məhmət Emin Kiraza “Xarıbülbül” simvolu əks olunan tablonu və tələbələrin hazırladığı keramika nümunəsini, Məhmət Əmin Kiraz da öz növbəsində Elbrus İsayevə rəsm əsəri hədiyyə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.