REGİONLAR


NDU-da keçirilən I Beynəlxalq Tibbi Forum çərçivəsində mühazirələr dinlənilib

Naxçıvan, 21 iyun, AZƏRTAC

Naxçıvan Dövlət Universitetində keçirilən Beynəlxalq Tibbi Forumda 4 bölmə üzrə mühazirələr dinlənilib, mövzular üzrə suallar cavablandırılıb, qarşılıqlı fikir mübadiləsi aparılıb.

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, B salonunda keçirilən elmi bölmələrdə İnvaziv endoskopiya, Hepatologiya, Endoskopik retroqrad xolangioqrafiya (Erxp kursu), Modern tibbi texnologiyalar, Urologiya - böyrək transplantasiyası, Ağır kliniki hallar (HCC), Virus hepatitləri, Qaraciyər transplantasiyası, Qastroenterologiya, Onkologiya sahələri üzrə 70-ə yaxın çıxış dinlənilib.

Bölmə iclaslarında muxtar respublika səhiyyə sisteminin müvafiq həkimləri, NDU Tibb fakültəsinin ixtisaslı həkim, rezident və yuxarı kurs tələbələri iştirak ediblər.

Forumun birinci günündə İnvaziv endoskopiya adı altında B salonunda keçirilən iclas professor Dilek Oğuzun və doktor Aqil Ağakişiyevin moderatorluğu ilə 4, Uşaq cərrahiyyəsi adı ilə keçirilən iclasda professorlar Ramiz Poluxovun, İsa Abdullayevin və tibb üzrə fəlsəfə doktoru Azər İsmayılovun rəhbərliyi ilə 3, tibb üzrə fəlsəfə doktoru Gülnarə Ağayevanın, həkimlərdən Aqil Ağakişiyevin, Ülvi Maçanovun və Habil Hüseynovun moderatorluğu ilə keçirilən bölmə iclasında Hepatologiyanın müxtəlif mövzularına aid 7 mövzuda təqdim edilən çıxışlar maraqla dinlənilib.

Eyni zamanda, konfransda professorlar İrfan Korukun və Mübariz Əliyevin, dosent Asiman Həsənovun, tibb üzrə fəlsəfə doktoru, dosent Kamil Hacıyevin moderatorluğu ilə Erxp kursu istiqamətində 4, dosent Taylan Sezerin, həkim Aqil Ağakişiyevin, tibb üzrə fəlsəfə doktoru Elgün Səmədovun moderatorluğu ilə Modern tibbi texnologiyalar istiqamətində keçirilən bölmə iclasında 3, professorlar Koray Acarlının, Akif Bağırovun, tibb üzrə fəlsəfə doktorları Rəşad Şolanın və Fuad Quliyevin rəhbərliyi ilə Urologiya böyrək transplantasiyası başlığı altında keçirilən iclasda 11 mövzu üzrə müzakirələr aparılıb.

Forumun növbəti günündə professor Murat Taner Gülşenin, tibb üzrə fəlsəfə doktoru Gülnarə Ağayevanın, uzman həkim Cavanşir Vahabovun rəhbərliyi ilə virus hepatitləri adı altında 7, Ağır kliniki hallar istiqamətində uzman həkim Altay Əliyevin, professor Yuri Starkovun, tibb üzrə fəlsəfə doktorları Niyazi Əsgərovun və Gülnarə Ağayevanın moderatorluğu ilə 5, Qaraciyər transplantasiyası sahəsində professorlar Nuru Bayramovun və Koray Acarlının, tibb üzrə fəlsəfə doktoru Mircelal Kazıminin rəhbərliyi altında 8, professorlar Dilek Oğuzun, Mübariz Əliyevin, dosent Muşviq Orucovun, tibb üzrə fəlsəfə doktoru Kamil Hacıyevin moderatorluq etdiyi Qastroenterologiya sahəsinə aid 7, professor Metin Ertemin, dosent Nəsimi Qasımovun, tibb üzrə fəlsəfə doktoru Azad Kərimlinin, dosent Cümşüd Cümşüdovun rəhbərliyi altında 10 mövzu üzrə çıxışlar dinlənilib.

Qeyd edək ki, I Beynəlxalq Tibbi Forumda dünyanın 8 ölkəsindən 350-dən artıq tibb sahəsi üzrə elm xadimi iştirak edir. Naxçıvan Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Endoskopik-Laparoskopik Cərrahlar Assosiasiyasının təşkilatçılığı ilə Azərbaycan, ingilis və rus dillərində keçirilən forum Azərbaycanda miqyasına görə ilk tibbi forumdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.