REGİONLAR


NDU-da tələbələrin xalça və tikmə nümunələrindən ibarət sərgisi açılıb

Naxçıvan, 28 aprel, AZƏRTAC

Naxçıvan Dövlət Universitetinin (NDU) İncəsənət fakültəsində Təsviri incəsənət müəllimliyi ixtisası üzrə II kurs tələbələri ilə birgə kafedranın baş müəllimi Siddiqə Hacıyevanın ərsəyə gətirdikləri xalça və tikmə nümunələrindən ibarət sərgi təşkil edilib.

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, sərgidə 50-yə yaxın dekorativ əl işləri, tikmələr, rəsm nümunələri nümayiş olunub. Naxçıvan xalçaları, xovlu, xovsuz xalçalar, şəddə, vərni, kilim, cecim, duz torbası və digər əl işlərində xalçaçılıqda işlədilən ornamentlər öz əksini tapıb.

Tədbirdə müəllim və tələbələrin sərgi ilə bağlı fikirləri səsləndirilib, tapşırıq və tövsiyələr dəyərləndirilib.

Qeyd edək ki, sərgidə Siddiqə Hacıyevanın müəllifi olduğu muxtar respublikanın xalçaçılıq xəritəsi maraqla qarşılanıb. Orijinal üslubda yaradılan xəritədə Naxçıvanın rayonlarının özünəməxsus xalça ornamentləri öz əksini tapıb. Həmçinin sərgidə milli ornamentlərin əks olunduğu kulinariya nümunələri də yer alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.