REGİONLAR


NDU-nun Biologiya kafedrasının müəllimi beynəlxalq konfransda iştirak edib

Naxçıvan, 28 sentyabr, AZƏRTAC

Naxçıvan Dövlət Universitetinin (NDU) Biologiya kafedrasının dosenti, pedaqogika üzrə elmlər doktoru Zərövşən Babayeva Avstraliyanın Melburn şəhərində keçirilən “Beynəlxalq forum: problemlər və elmi həllər” VIII konfransında iştirak edib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, “Biologiyanın tədrisində müasir kurs konsepsiyası” adlı elmi məqalə ilə çıxış edən müəllif müasir təhsildə istifadə edilən yeniliklərdən danışıb. Çıxışda bioloji təhsil də daxil olmaqla, tədrisə fərqli yanaşma, dünyagörüşünün maddiliyi, dialektika qanunlarının ümumi mahiyyəti diqqətə çatdırılıb. Zərövşən Babayeva təlim prosesində biologiyanın tədrisinin keyfiyyətinin artırılmasında mühüm amilləri də qeyd edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.