REGİONLAR


NDU-nun müəllimlərinin və AMEA Naxçıvan Bölməsinin əməkdaşının elmi məqaləsi yüksək impakt faktorlu jurnalda nəşr olunub

Naxçıvan, 15 yanvar, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Naxçıvan Dövlət Universiteti Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin kimya kafedrasının dosenti, kimya elmləri doktoru Əliəddin Abbasovun, universitetin kimya kafedrasının laboratoriya müdiri Aygün Qocayevanın, həmçinin AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun laboratoriya müdiri Fizzə Məmmədovanın birgə qələmə aldıqları “Zəif və qüvvətli turşu ionidləri ilə metal ionlarının sorbsiyası” adlı elmi məqalələri Böyük Britaniyanın Mançester şəhərində yüksək impakt faktorlu “Elm və təcrübə: müasir cəmiyyətə tətbiq” (“Science and practise implementation to modern society”) adlı elmi jurnalda dərc olunub.

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, məqalədə zəif və qüvvətli turşu özəllikli Diaion RCP160M, Dowex 50 Wx8, Diaion WK40 ionidləri ilə Cu2+, Zn2+, Kd2+ və Pb2+ ionlarının sorbsiyasının tarazlıq şərtləri, kinetikası və bu məlumatlar əsasında prosesləri xarakterizə edən termodinamik kəmiyyətlər hesablanıb. Bundan başqa bu ionidlərin iştirakı ilə adı çəkilən ionların olduğu birgə məhlullardan onların bir-birindən ayrılması imkanları öyrənilib. Qeyd edilənlərlə yanaşı, prosesləri xarakterizə edən izotermlərin hesablama tənlikləri təklif edilib və Freyndlix tənliyinə daxil olan sabitlər hesablanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.