REGİONLAR
NDU-nun professorunun iştirakı ilə hazırlanan elmi məqalə yüksək impafaktorlu jurnalda dərc olunub
Naxçıvan, 18 yanvar, AZƏRTAC
Naxçıvan Dövlət Universitetinin (NDU) İnformatika kafedrasının professoru, riyaziyyat üzrə elmlər doktoru Yaqub Məmmədovun AMEA Riyaziyyat və Mexanika İnstitutunun Riyazi analiz şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Vaqif Quliyev və Türkiyənin Dumulupınar Universitetinin professoru Fatma Müslümova ilə birgə ərsəyə gətirdiyi “Dankl operatoru ilə bağlı Orlic fəzasında maksimal komutatorun məhdudluq xüsusiyyətləri” adlı elmi məqaləsi yüksək impafaktorlu “Riyazi tədqiqat jurnalı”nda (“Journal of Mathematical Study”) dərc olunub.
NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, məqalədə Dankl operatoru ilə bağlı Orlic fəzasında maksimal operatorun və onun komutatorunun məhdudluğu üçün zəruri və kafi şərtlər tapılır.
Oxucular məqalə ilə daha ətraflı jurnalın veb saytından tanış ola bilərlər: https://global-sci.org/intro/article_detail/jms/15207.html.