REGİONLAR


NDU-nun tələbələri BMT-nin simulyasiyasında fəallıqları ilə seçiliblər

Naxçıvan, 22 oktyabr, AZƏRTAC

Naxçıvan Dövlət Universitetinin (NDU) Tələbə-Gənclər Təşkilatının təşəbbüsü ilə Birləşmiş Millətlər Təşkilatının simulyasiyası keçirilib.

Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, “Postmüharibə dövründə regionun siyasi mənzərəsi, yeni reallıqlar” mövzusunda keçirilən tədbirdə çıxış edən universitetin rektoru Elbrus İsayev ali təhsil ocağında müvafiq ixtisasların simulyasiyalarının təşkilinin davamlı xarakter aldığını bildirib. Rektor bu kimi simulyasiyaların keçirilməsinin tələbələr üçün əhəmiyyətini qeyd edib, onların bacarıqlarının formalaşmasına və gələcək karyeralarına mühüm təsir göstərəcəyini vurğulayıb.

NDU-nun Tələbə-Gənclər Təşkilatının sədri Əziz Qasımov “BMT simulyasiyası” layihəsi haqqında məlumat verərək diqqətə çatdırıb ki, layihədə iştirak etmək üçün 60 tələbə qeydiyyatdan keçib. Mövzu ilə bağlı biliklər müsahibə yolu yoxlanıldıqdan sonra 15 iştirakçı simulyasiyada çıxış etmək hüququ qazanıb. Vurğulanıb ki, Azərbaycan, Türkiyə, Rusiya, İran, Gürcüstan, Ermənistan, ABŞ, Böyük Britaniya, Ukrayna, İsrail, Fransa, Almaniya, İtaliya, Pakistan və Türkmənistan rəsmi nümayəndələri tələbələr tərəfindən təmsil olunub.

Beynəlxalq münasibətlər ixtisası üzrə III kurs tələbəsi Fatimə Sultanova “BMT-Azərbaycan əlaqələri” mövzusunda çıxış edib. Beynəlxalq münasibətlər kafedrasının müdiri Şamxal Məmmədov və həmin kafedranın müəllimi Gülçin Ağayevanın hakimlik etdiyi simulyasiyada fəal iştirak etdiyinə görə Dövlət və bələdiyyə idarə etməsi ixtisası üzrə IV kurs tələbəsi Elmar İsgəndərov diplom və hədiyyə ilə mükafatlandırılıb. Beynəlxalq münasibətlər ixtisasının IV kurs tələbəsi Fərid Abdullayev və Psixologiya ixtisasının I kurs tələbəsi Həcər Ələsgərova həvəsləndirici yerə layiq görülüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.