REGİONLAR


NDU-nun tələbələri Rabitə və Yeni Texnologiyalar Nazirliyində istehsalat təcrübəsi keçiblər

Naxçıvan, 30 noyabr, AZƏRTAC

Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fakültəsinin informasiya texnologiyaları ixtisasının dördüncü kurs tələbələri Rabitə və Yeni Texnologiyalar Nazirliyində istehsalat təcrübəsi keçiblər.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, əvvəlcə İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzinin tədris bölməsində olan tələbələrə slaydlar vasitəsilə proqramlaşdırma dilləri, müxtəlif müasir proqramlar və ixtisaslarına uyğun texnologiyalar barədə ətraflı məlumat verilib. Bununla yanaşı veb-səhifələrin tərtibatı və hazırlanması, texnologiya biliklərinin daha da təkmilləşdirilməsi üçün dərslər keçirilib.

Daha sonra isə Rabitə və Yeni Texnologiyalar Nazirliyində olan tələbələrə rabitə texnologiyalarının inkişaf tarixi və “Naxtel 4G” Mobil rabitə şəbəkəsi barədə ətraflı məlumat verilib. Bildirilib ki, Naxtel 4-cü nəsil mobil rabitə sistemi, yüksəksürətli və genişzolaqlı şəbəkələrə çıxış imkanına malikdir.

Qeyd edilib ki, tələbələrin belə təcrübələrdə iştirak etmələri onların gələcəkdə çalışacaqları informasiya-kommunikasiya texnologiyaları sahəsində peşəkar kadr kimi formalaşmalarına və bu sahənin sirlərini daha dərindən yiyələnmələrinə şərait yaradır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.