REGİONLAR


NDU və Qars Qafqaz universitetləri arasında onlayn müqavilə imzalanıb

Naxçıvan, 19 yanvar, AZƏRTAC

Naxçıvan Dövlət Universiteti (NDU) ilə Türkiyənin Qars Qafqaz Universitetinin rəhbərlikləri arasında onlayn görüş keçirilib, qarşılıqlı əməkdaşlığa dair müqavilə imzalanıb.

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, onlayn görüşdə ali təhsil ocağının rektoru Elbrus İsayev çıxış edərək, iki qardaş ölkə arasında bütün sahələrdə əlaqələrin yüksək səviyyədə olduğunu diqqətə çatdırıb. Rektor tarixi ədalətin bərpa olunmasında Türkiyənin Azərbaycana verdiyi mənəvi, siyasi dəstəyi xüsusi qeyd edib. Çıxışda Türkiyə universitetləri ilə NDU arasında qarşılıqlı və faydalı əməkdaşlığın genişləndirilməsi istiqamətində yeni layihələrin həyata keçirilməsinin vacibliyi vurğulanıb.

Qars Qafqaz Universitetinin rektoru Hüsnü Kapı düşmən üzərində qazandığımız qələbəni bütün Türk dünyasının zəfəri adlandırıb və bu münasibətlə hər kəsi təbrik edib. Qeyd edib ki, böyük liderimiz Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” sözləri və ulu öndərimiz Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” fikirləri dostluğumuzun və qardaşlığımızın əsasını təşkil edir.

Daha sonra layihə təklifləri müzakirə olunub. Görüşdə elm və təhsil sahələrində birgə layihələr həyata keçirmək, konfranslar, simpoziumlar təşkil etmək, birgə elmi araşdırmalar aparmaq və nəşrlər hazırlamaq, elmi toplantılar təşkil etmək, tələbə-müəllim mübadiləsi həyata keçirmək, müxtəlif idman növləri üzrə universitetlərarası idman yarışları keçirmək məsələləri müzakirə edilib.

Sonda hər iki universitet arasında onlayn şəkildə qarşılıqlı müqavilə imzalanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.