Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

NEFTÇİLƏR GÜNÜ TƏNTƏNƏ İLƏ QEYD EDİLMİŞDİR

Azərbaycan iqtisadiyyatının tarixən və indi də aparıcı sahəsi olan neft sənayesinin işçiləri, bütün ölkə sentyabrın 20-də Neftçilər gününü təntənə ilə qeyd etmişdir.

AZƏRTAC xəbər verir ki, Dövlət Neft Şirkətinin strukturuna daxil olan kollektivlərin nümayəndələri bu münasibətlə Fəxri xiyabana gələrək, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ölkəmizin yeni neft strategiyasının müəllifi, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılmış, qəbri üstünə gül dəstələri düzülmüşdür.

Həmin gün şirkətin inzibati binasında yığıncaq keçirilmişdir. Yığıncağı giriş sözü ilə açan ARDNŞ-in prezidenti Rövnəq Abdullayev ölkə neftçilərini bayram münasibətilə təbrik edərək, onlara ən xoş arzularını çatdırmışdır. Azərbaycanın neft sənayesinin son illər ərzində əldə etdiyi uğurlardan danışan şirkətin prezidenti bütün bu nailiyyətlərin xalqımızın ümummilli lideri Heydər Əliyevin böyük müdriklik və uzaqgörənliklə işləyib hazırladığı yeni neft strategiyasının bəhrəsi olduğunu vurğulamışdır. O demişdir ki, yeni neft strategiyasının tərkib hissələri olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft, Cənubi Qafqaz qaz boru kəmərlərinin, eləcə də Azərbaycanın və bütövlükdə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində müstəsna rol oynamağa başlayan “Şahdəniz” qaz-kondensat yatağının istismara verilməsi ölkəmizin dünya miqyasında siyasi və iqtisadi mövqeyini daha da möhkəmləndirmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin ölkə neftçilərinə göstərdiyi diqqət və qayğıdan bəhs edən R.Abdullayev neft-qaz sənayesinin inkişafındakı xidmətlərinə görə ölkə başçısının Sərəncamı ilə şirkətin bir qrup əməkdaşının mükafatlandırılmasını həmin qayğının təzahürü kimi qiymətləndirmişdir.

Bayram tədbirində çıxış edən ARDNŞ-in birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə Azərbaycanda neft sənayesinin tarixindən, bugünkü inkişafından, xalqımızın ümummilli lideri Heydər Əliyevin iqtisadiyyatımızın tərəqqisində misilsiz xidmətlərindən bəhs etmişdir.

Neftçilər günü ərəfəsində Prezidentin fərdi təqaüdünə layiq görülmüş Minirə Məmmədbəyli, Fazil Məmmədov, eləcə də “Əməkdar mühəndis” adı almış Cavanşir Qayıbov çıxışlarında Azərbaycanın neft sənayesində əldə edilən nailiyyətlərin ulu öndərin və onun xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin adı ilə sıx bağlı olduğunu vurğulamış, onların əməyinə verilən yüksək qiymətə görə minnətdarlıqlarını bildirmişlər.

Bayram münasibətilə iki neftçiyə yeni mənzillərin orderləri təqdim edilmişdir.

Yığıncağın sonunda Azərbaycan neftçilərinin ölkə Prezidentinə müraciəti oxunmuşdur.

                                                                        X X X

Şirkətin rəhbərliyi bayram günü Mərkəzi Neftçilər xəstəxanasına gələrək, yeni yaradılmış şüa-diaqnostika şöbəsi ilə tanış olmuşdur. Həmin şöbə bir müddət əvvəl alınmış nadir – “SOMATOM Definition Straton” və “MAGNETOM Avanto” qurğuları əsasında təşkil edilmişdir. Xəstəxananın baş həkimi Fəxrəddin Cavadov yeni avadanlıqlar barədə məlumat vermiş və bildirmişdir ki, nəinki Azərbaycanda, eləcə də yaxın regionda və bütün MDB məkanında analoqu olmayan bu müasir qurğular insan beynində, habelə orqanizmin digər hissələrində qan dövranının hərəkətini müşahidə etməyə imkan verir. Ən yeni skaner modeli olan “SOMATOM Definition Straton” dünyada iki rentgen şüalandırıcısı olan iki kompyuter tomoqrafıdır və gələcəyin diaqnostikasının tələblərinə tam cavab verir. “MAGNETOM Avanto” qurğusu isə ən mükəmməl skanerlər sinfindən olan güclü maqnit rezonans sistemidir. Kliniki imkanlarına görə dünya lideri olan bu qurğu təsvirlərin keyfiyyəti və maqnit rezonans müayinəsinin sürəti baxımından əvəzedilməzdir. Mütəxəssislərin fikrincə, dünya elminin ən yeni nailiyyətlərindən sayılan nadir avadanlığın hər birinin əhəmiyyəti yeni bir klinikanın açılması ilə müqayisə oluna bilər.

ARDNŞ-in prezidenti Rövnəq Abdullayev demişdir ki, dünyanın ən məşhur tibb avadanlıqları istehsalçılarından olan “Siemens” şirkətinin bu nadir məhsullarının Mərkəzi Neftçilər xəstəxanasında quraşdırılması neftçilərimizin sağlamlığının təmin edilməsində mühüm rol oynayacaqdır. Xəstəxananın ən müasir tibbi avadanlıqla təchizatı bundan sonra da davam etdiriləcəkdir. Xəstəxananın hazırda nəinki Azərbaycanda, eləcə də yaxın regionda ən yaxşı təchiz olunmuş tibb ocağına çevrildiyini deyən R.Abdullayev bildirmişdir ki, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramına uyğun olaraq ölkənin 10-dan artıq bölgəsində tikilən müalicə-diaqnostika mərkəzləri də ən yeni avadanlıqla təchiz ediləcəkdir. 

                                                                            X X X

Sentyabrın 20-də Dövlət Neft Şirkətinin Bayıl yaşayış sahəsində Kompleks qazma işləri trestinin inzibati binasının əsaslı təmirdən sonra açılış mərasimi olmuşdur. ARDNŞ-in prezidenti R.Abdullayev qazmaçıları təbrik edərək demişdir ki, Azərbaycan Prezidenti bizim qarşımızda şirkəti beynəlxalq standartlara, müasir tələblərə cavab verən modern və güclü bir quruma çevirmək vəzifəsi qoymuşdur. Bu məqsədlə şirkətdə struktur islahatları aparılır. Qazmaçılarımız neft-qaz sənayesinin inkişafında həmişə özünəməxsus rol oynamışlar. Trestin əməkçiləri cari ilin 8 ayında proqnoza 147 faiz əməl etmişlər. ARDNŞ prezidenti xüsusilə vurğulamışdır ki, Kompleks qazma işləri tresti dənizdə və quruda ARDNŞ-ə məxsus 24 neft-qaz yatağında qabaqcıl texnika və texnologiyalara əsaslanan kompleks qazma işlərini həyata keçirir.

Trestin müdiri İskəndər Şirəli bildirmişdir ki, mobil, çevik, operativ iş qabiliyyətinə malik olan yeni yaradılmış bu qurum dünya standartlarına uyğunlaşma xətti götürmüşdür. Peşə bayramı ərəfəsində “Neft daşları” yatağındakı 2387 nömrəli meydançada 2399 nömrəli quyuda, “Cahandar” sahəsindəki 1 nömrəli kəşfiyyat quyusunda qazma işlərinə başlanmışdır. Bundan başqa, trest 1990-cı illərdən fəaliyyətsiz qalmış quyuların konservasiyadan çıxarılması, köhnə quyuların əsaslı təmiri ilə də məşğuldur. Trest 71 quyuda qazmaya başlamış, 72 quyuda bu işləri uğurla başa çatdırmışdır. Bundan əlavə, 66 quyuda tikinti işləri həyata keçirmişdir. Təhvil verilmiş quyularda orta gündəlik neft hasilatı 1146,3 ton, qaz hasilatı isə 1 milyon 961 min kubmetr təşkil etmişdir.

Mərasimdə çıxış edən Səbail Rayonu İcra Hakimiyyətinin başçısı Sahib Ələkbərov da neftçiləri peşə bayramı münasibətilə təbrik etmiş, neft gəlirlərinin ölkənin inkişafında, şəhər və rayonların abadlaşmasında mühüm rol oynadığını söyləmişdir.

Sonra qazmaçılara şirkətin fəxri fərmanları, yeni mənzillər verilmiş 2 nəfərə isə orderlər təqdim edilmişdir.

Mərasimdə çıxış edən qazmaçılar neft və qaz sənayesinin bütün əməkçilərinə göstərilən diqqət və qayğıya, onların əməyinə verilən yüksək qiymətə görə trestin kollektivi adından Prezident İlham Əliyevə minnətdarlığını bildirmişlər.

Həmin gün trestin yaxınlığında yerləşən “Kaspian Drillinq” birgə müəssisəsinin təzə binasının da açılışı olmuşdur.

                                                                              X X X

Sentyabrın 20-də Dənizkənarı Milli parkda Neftçilər günü münasibətilə müxtəlif bayram tədbirləri keçirilmişdir.

Bakılılar və paytaxtın qonaqları burada təşkil olunmuş pavilyonlarda Azərbaycan neft sənayesinin inkişafını əks etdirən sərgiyə maraqla tamaşa etmişlər. Neftçıxarma və neftayırma sənayelərinin müxtəlif mürəkkəb qurğularının maketləri, rəngarəng stendlər və fotoşəkillər tamaşaçılarda şərəfli peşə sahiblərinin əməyi haqqında aydın təsəvvür yaradırdı.

Parkda quraşdırılmış səhnədə Azərbaycan incəsənət ustaları maraqlı konsert proqramı ilə çıxış etmişlər. Konsertin aparıcıları Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış 1994-cü ilin 20 sentyabrını - “Əsrin müqaviləsi”nin imzalandığı günü, o vaxtdan bəri görülmüş nəhəng işlər barədə konkret faktları xatırlatmışlar.

Səhnənin kənarındakı böyük ekranlarda ölkə neftçilərinin rəşadətli əməyini, ümummilli liderimiz Heydər Əliyevin müdrikliyi, uzaqgörənliyi və qətiyyətinin təntənəsi olan yeni neft strategiyasının reallaşmasını, o cümlədən Bakı-Tbilisi-Ceyhan ixrac neft kəmərinin çəkilişini əks etdirən sənədli kadrlar nümayiş etdirilmişdir.

Milli Parkda bayram gəzintisi və konsert gecədən xeyli keçənə qədər davam etmiş, atəşfəşanlıqla başa çatmışdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji silah kolleksiyası” – seminar

“Azərkosmos”un rəhbəri beynəlxalq konfrans iştirakçılarını ölkənin kosmik sahədə prioritetləri haqqında məlumatlandırıb

Fuat Oktay: Bakıda keçirilən toplantının əməkdaşlığımıza töhfə verəcəyinə inanırıq

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə I sinfə qəbulla bağlı 27 alternativ qeydiyyat mərkəzi yaradılıb

“Qəbələ”nin hücumçusu Türkiyədə əməliyyat olunub

Səməd Seyidov: Türk dünyası böyük bir fenomenə çevrilib

“Code For Future”nin məzunu olan AzMİU tələbələrinə diplom və sertifikatlar verilib

Bakıda dünya qastroenteroloqlarının iyirminci beynəlxalq konqresi işə başlayıb - YENİLƏNİB

Mehmet Süreyya Er: Türk dünyasında sürətlə inkişaf edən əməkdaşlıq zamanın tələbidir

“Yüksəliş” müsabiqəsinin “Ümumi biliklər imtahanı”nın nəticələri açıqlanıb

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar YENİLƏNƏCƏK

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ikinci iclası Türkiyədə keçiriləcək

Yaylaqlara köç edəcək fermerlər üçün mina təhlükəsizliyi ilə bağlı təlimlər başa çatıb

Vergi orqanlarına vətəndaş müraciətlərinin sayı azalıb

Qırğız parlamentarisi: Türk dövlətləri arasında əlaqələr intensivləşir

İİTKM-də türk dünyasının iqtisadi potensialının araşdırılması barədə özbək nümayəndə heyəti məlumatlandırılıb

Bolqarıstan parlamenti spikeri istefaya göndərib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar YENİLƏNƏCƏK

Nazir: Bu ildən Azərbaycan qazının Macarıstana tam təchizatına başlanılıb

Azərbaycan üzgüçüsünün “Paris-2024”də iştirakı üçün Beynəlxalq Paralimpiya Komitəsinə müraciət olunub - EKSKLÜZİV

AQTA COP29-la bağlı keçirdiyi monitorinqdə 93 müəssisədə nöqsanlar aşkarlayıb

Yasemi Öztürk: Ölkələrimiz arasında əlaqələr Qarabağ Zəfərindən sonra daha dinamik xarakter alıb

Məktəblilər süni intellektin coğrafiyada rolu barədə məlumatlandırılıb

Macarıstan XİN: Qarabağın minalardan təmizlənməsi üçün dəstək verməyə hazırıq

Sabah paytaxtda 29, bəzi bölgələrdə isə 31 dərəcə isti olacaq

Dilorom Favziyeva: Bakıda toplanmağımız birliyimizin, dostluğumuzun bariz nümunəsidir

Bürünc medalçı: Növbəti mövsüm də yüksək yerlər uğrunda mübarizə aparacağıq

“Olum və ya olum?”, Cakomo Kazanova Azərbaycanda

Roma Papası Ukrayna ilə bağlı danışıqlara başlamağa çağırıb

Müasir dünyada iqtisadi münasibətlərin hüquq müstəvisində tənzimlənməsi əhəmiyyətli xarakter daşıyır

İqlim dəyişmələri ilə bağlı beynəlxalq mübahisələrin sayı getdikcə artacaq

Sabunçuda qızıl dükanını talayan və çətənə kolları əkən şəxslər saxlanılıblar

Komitə sədri: Azərbaycanın əsas prioritetlərindən biri Türk dövlətləri ilə əlaqələrin gücləndirilməsidir

Azərbaycanın turizm potensialı İordaniyada təqdim olunub

Bu gün dünyada dörd əlamətdar gün qeyd olunur

Baş Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı dəqiqləşdirilməmiş xəbərlər yayan media subyektlərinə müraciət edib

Fuat Oktay: Türk dövlətlərinin bir araya gəlməsində məqsəd sülhü dəstəkləməkdir

Hindistanın Racastan ştatında PUA qəzası baş verib

Vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib

Çin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindəki tərəqqini alqışlayır

Şərqşünas alimin məqaləsi Almaniyada beynəlxalq indeksli jurnalda dərc olunub

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNƏCƏK

Adəm İsmayıl Bakuvinin “Məhşər Divanı: Yalanın 17 anı” kitabının təqdimatı olub

Aprelin 25-i Ümumdünya Malyariya ilə Mübarizə Günüdür

Bloomberg: Makron Ukrayna münaqişəsinin gedişinə təsirini şişirdir

Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb

Bakıdakı üç məktəbdə nöqsanlar aşkarlanıb

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilir

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNƏCƏK

“LG Electronics”in əməliyyat mənfəəti üç ayda 10,8 faiz azalıb

Azərbaycan və Qırğız Respublikası arasında rəqəmsal transformasiya istiqamətində əməkdaşlıq müzakirə edilib

Beynəlxalq konfransın iştirakçıları Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

Həqiqi hərbi xidmətə aprel çağırışı yekunlaşır

BDU-da “Ulu Öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” adlı tədbir keçirilib

Qərbi Azərbaycan İcması ABŞ Dövlət Departamentinin insan hüquqlarına dair növbəti ölkə hesabatları ilə bağlı bəyanat yayıb

Çində növbəti “Azərbaycan Ticarət Evi”nin açılışı olub

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNƏCƏK

Musa Qurbanlı: Yayda hansı variantın daha yaxşı olduğuna baxacağam

Solçu partiyanın Stokholmdakı görüşü hücuma məruz qalıb

Mayın 1-dən balıq ovuna moratorium qüvvəyə minir

Kinomuzun Babəki məktəblilərlə görüşəcək

Nazir müavini: Macar şirkətlərin Azərbaycan iqtisadiyyatına sərmayələri 1 milyard dolları ötüb

Azərbaycan ilə Qırğızıstan arasında Anlaşma Memorandumu imzalanıb

Türkmən şairi Məhtimqulu Fəraqinin 300 illiyi UNESCO-da sərgi və musiqi konserti ilə qeyd olunub

“Hizbullah” İsrailə qarşı keçirdiyi əməliyyatların sayını açıqlayıb

Assosiasiya sədri: Azərbaycanda arbitraj sisteminin yaradılması beynəlxalq nizama da töhfə verəcək

Macarıstan Azərbaycandan qaz tədarükünü artırmaq istəyir

ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans işə başlayıb

Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcəyi tarix açıqlanıb

Bakıda "Yaşıl dünyamız gözlərə nur verən elmin işığında” mövzusunda elmi konfrans keçirilir

Argentina hökuməti dövlət universitetlərini maliyyələşdirilməyəcək

Səidə Şəfiyeva: Mətbuat xidmətlərinin rəhbərləri üçün keçirilən tədbirlərə xarici ekspertlər cəlb olunub

Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar YENİLƏNƏCƏK

“Məşğulluğa Dəstək Layihəsi” ilə bağlı daha iki rayonda ictimai dinləmələr keçiriləcək

Nazir: Azərbaycanla enerji sahəsində əməkdaşlıq Macarıstanın enerji təhlükəsizliyini artırır

Nazir: Azərbaycanla Macarıstan arasında ticarət dövriyyəsi 40 faiz artıb

Əmək və əhalinin sosial müdafiəsi naziri Macarıstanın xarici işlər və beynəlxalq ticarət naziri ilə görüşüb

Azərbaycanda dövlət səfərində olan Qırğızıstan Prezidenti Sadır Japarov Füzuli rayonuna gəlib

Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib

Şimali Makedoniyada prezident seçkilərində müxalif namizəd liderlik edir

Bu gün Xalq artisti Məmməd Bürcəliyevin anadan olmasından 110 il ötür

Məhkəmə-Hüquq Şurasının sədri: Yerli məhkəmələr arbitraj institutunun uğurlu olması üçün lazımi dəstəyi verəcək

Naxçıvan Dövlət Universiteti ilə Finlandiyanın Helsinki Universiteti arasında əməkdaşlıq əlaqələri qurulur

"Neftçi"nin legioneri: “Qarabağ”a məğlubiyyətə görə azarkeşlərimizdən üzr istəyirik

Rektor: COP29-un bu il Azərbaycanda keçirilməsi aparılmış məqsədyönlü dövlət siyasətinin bariz nümunəsidir

İnam Kərimov: Azərbaycanda məhkəmə-hüquq islahatları hər zaman dövlətin diqqət mərkəzində olub

“Qarabağ” və “Zirə” Azərbaycan Kubokunda ikinci dəfə finalda qarşılaşacaq

Vətəndaşlara Laçına fərdi avtomobilləri ilə səfər etmələrinə icazə veriləcək

Magistraturaya qəbul imtahanının II cəhdində 19 min 716 nəfər iştirak edəcək

Azərbaycan Kuboku: “Qarabağ” “Neftçi”nin göstəricisini təkrarlayıb

Azərbaycanın 7 cüdoçusu Avropa çempionatında mübarizəyə başlayır

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir VİDEO

Vəkillər Kollegiyasının sədri: Bu gün ölkəmizdə vəkillərin sayı 2454 nəfərə çatıb

Aprelin 24-də 5 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Dünya birjalarında neft bahalaşıb

DİN: Ötən gün qanunsuz saxlanılan odlu silah və sursatlar aşkarlanaraq götürülüb

Mətbuat xidmətlərinin rəhbərləri üçün “Böhran kommunikasiyası” mövzusunda təlim təşkil olunub

Azərbaycan Kubokunun yarımfinalında məhsuldarlıq rekordu yenilənib

DİM sertifikasiya imtahanı materiallarının hazırlanması üçün mütəxəssisləri əməkdaşlığa dəvət edir

Paytaxtda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıblar VİDEO