İQTİSADİYYAT


NEFTÇİLƏR ONLARA GÖSTƏRİLƏN DİQQƏT VƏ QAYĞIDAN RAZIDIRLAR

AZƏRTAC xəbər verir ki, martın 19-da Novruz bayramı ərəfəsində Bakının Nizami rayonundakı 8-ci Kilometr yaşayış sahəsində, Qara Qarayev prospekti 115 ünvanında istifadəyə verilmiş 60 mənzilli binada Heydər Əliyev adına Bakı neft emalı zavodunun 40 işçisinə təzə mənzillərin açarları təqdim olunmuşdur.
Təzə mənzillərin sahibləri neftçi ailələrinə göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə sonsuz minnətdarlıqlarını bildirmişlər.
Həmin gün Mərkəzi Neftçilər Xəstəxanasında təzə şöbələrin açılışı da olmuşdur. Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin əməkdaşları bu səhiyyə ocağında müalicə edilən neftçilərə Novruz hədiyyələri paylamışlar.
İclas zalında Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il dekabrın 25-də imzaladığı Sərəncamla xəstəxananın 50 illiyi münasibətilə fəxri ada və “Tərəqqi” medalına layiq görülmüş tibb işçilərinə həmin mükafatlar təqdim olunmuşdur.
Mükafat alanlar onların əməyinə verdiyi yüksək qiymətə görə dövlətimizin başçısına razılıqlarını bildirmiş, etimada əməli işlə cavab verəcəklərini vurğulamışlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.