DÜNYA
“NEFTÇİ”NİN KEÇMİŞ OYUNÇUSU ADAMAS QOLODETS VƏFAT ETMİŞDİR
SSRİ idman ustası, Rusiyanın əməkdar məşqçisi A.Qolodets 1933-cü ilin avqustunda Moskvada doğulmuş, futbol oynamağa 14 yaşından başlamışdır. O, Moskvanın və Kiyevin “Dinamo”, Bakının “Neftçi” klublarının hücumçusu olmuşdur. SSRİ çempionatlarında (1955-1964-cü illər) 175 görüşdə 47 qol vurmuşdur. “Neftçi”nin və Moskvanın “Lokomotiv” və “Dinamo” komandalarının məşqçisi işləmişdir. “Neftçi”nin heyətində dörd mövsümdə 126 oyun keçirmiş və 16 top vurmuşdur. 1965-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirmişdir.
Mütəxəssislərin fikrincə, Qolodetsin həyatdan getməsi ilə Moskvanın “Dinamo” komandasının tarixində bütöv bir dövr sona yetdi. Belə ki, dinamoçular axırıncı dəfə medalı (bürünc) 1997-ci ildə onun rəhbərliyi ilə qazanmış və o vaxtdən bəri medal üzü görməmişlər.