İDMAN
“NEFTÇİ”, “BAKI”, “TURAN” VƏ “QARABAĞ” DÖRDDƏBİR FİNALA VƏSİQƏ QAZANMIŞLAR
Bakıda ilk oyunda “Neftçi” üzərində 2:1 hesabı ilə qalib gələn Sumqayıtın “Gənclərbirliyi” kollektivi cavab qarşılaşmasında 0:2 hesabı ilə uduzaraq kubok oyunlarında çıxışını başa vurmuşdur. Tovuzda yerli “Turan” birinci dəstə təmsilçisi “Göygöl” (Xanlar) komandasını 1:0 (ilk oyun 0:0) hesabı ilə məğlub edərək, növbəti mərhələyə çıxmışdır. Tofiq Bəhramov adına Respublika stadionunda isə “Olimpik”in qapısından üç cavabsız top keçirən “Bakı” (ilk oyun 0:0) və birinci dəstədə çıxış edən “Xəzər-Lənkəran–2” komandası üzərində 2:1 (ilk oyun 0:0) hesabı ilə qələbə qazanan “Qarabağ” (Ağdam) klubu dörddəbir finalda oynamaq hüququ qazanmışlar.
Noyabrın 20-də keçiriləcək “Bakılı” - “MKT-Araz” (İmişli), “Xəzər-Lənkəran” - “Şahdağ” (Qusar), “Karvan” (Yevlax) - Gəncə”, “İnter” (Bakı) – “Göyəzən” (Qazax) oyunları ilə bütün dörddəbir finalçılar məlum olacaqdır.