İDMAN
“NEFTÇİ” BEYNƏLXALQ TURNİRDƏ İLK OYUNU QƏLƏBƏ İLƏ BAŞA VURDU
16 komandanın 4 yarımqrupda çıxış etdiyi bu mötəbər yarışda ölkəmizin idman şərəfini “Neftçi” komandası qoruyur. Komandamız turnirin ilk günü Tacikistan çempionu “Vəxş” klubu ilə qarşılaşmışdır. Oyun başlanandan meydanda üstünlüyü tam ələ alan “Neftçi” komandası ilk hissədə rəqib qapısından iki cavabsız top keçirmişdir. İlk topu 8-ci dəqiqədə “Neftçi”nin legioner oyunçusu Branimir Şubaşiç vurmuşdur. 32-ci dəqiqədə Aftandil Hacıyev taciklərin qapısından ikinci topu keçirməklə komandasını qələbəyə daha da yaxınlaşdırdı.
Qarşılaşmanın 71-ci dəqiqəsində “Neftçi”nin oyunçusu Tomislav Mişura üçüncü topu vurmaqla komandasına turnirin qrup oyunları çərçivəsində ilk qələbəni qazandırdı.
“Neftçi” yanvarın 15-də Latviyanın “Metallurq”, yanvarın 17-də isə Qazaxıstanın “Aktobe” komandaları ilə qarşılaşacaqdır. Turnirin dörddə bir final oyunları yanvarın 18-də, yarımfinal oyunları isə yanvarın 20-də olacaqdır. Final görüşü yanvarın 22-də keçiriləcəkdir.