İDMAN


“NEFTÇİ” “BİRLİK” KUBOKU ƏRƏFƏSİNDƏ QƏLƏBƏ QAZANDI

AZƏRTAC xəbər verir ki, “Neftçi” komandası yanvarın 11-də ölkə çempionatının birinci dövrəsindən sonra turnir cədvəlinə liderlik edən “Karvan”la yoldaşlıq oyunu keçirmiş və “Birlik” kuboku yarışları ərəfəsində son sınaq görüşündə 3:1 hesabı ilə qələbə qazanmışdır.

Xatırladaq ki, yanvarın 14-22-də Moskvada keçiriləcək “Birlik” kuboku turnirində komandamızın ilk rəqibi Tacikistanın “Vəxş” komandası olacaqdır.

Klubun mətbuat xidmətindən verilən məlumata görə, Bəxtiyar Musayev və Darko Çordaş komandadan getdikləri, Zaur Tağızadə və Ruslan Qafittulin isə zədəli olduqları üçün Moskva turnirində iştirak etməyəcəklər. Buna baxmayaraq, baş məşqçi Ağasəlim Mircavadov komandaya yalnız bolqarıstanlı Svetoslav Petrovu cəlb etmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.